Bakıda müəllim şagirdi vuraraq hədələyib?

Bakıda müəllim şagirdi vuraraq hədələyib?, Oral Aliyev

Polis valideynin şikayətini araşdırır.

Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)

Bakucity.az

Polis araşdırır
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər