Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb.
Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.
Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.
Bakucity.az