Bakıda “Formula-1” həyəcanı başlayır

Bakıda “Formula-1” həyəcanı başlayır, Oral Aliyev

“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür.

Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. 

Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək.

Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri də baş tutacaq.

Bakıda sayca dördüncü dəfə keçirilən yarış aprelin 28-dək davam edəcək. (Oxu.az)

Bakucity.az

Formual 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər