Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.
Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.
Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında isə musiqili atəşfəşanlıq olacaq.
Tədbirə giriş sərbəstdir.
Bakucity.az