Bakıda bəzi ali məktəblərdə dərslər dayandırılıb

Bakıda bəzi ali məktəblərdə dərslər dayandırılıb, Oral Aliyev

Tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.

Bakucity.az xəbər verir ki, bəzi ali məktəblərin əsas korpuslarında dərslərin dayandırılması “Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə bağlıdır.

Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.

Adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşür.

Universitetlərin qalan korpuslarında isə tədris davam edir. (Ona.az)

Bakucity.az 

Formual 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər