Bakıda uşaq mebeli alarkən bu təhlükəyə diqqət edin - Araşdırma

Bakıda uşaq mebeli alarkən bu təhlükəyə diqqət edin - Araşdırma, Oral Aliyev

Keyfiyyət və rəng seçimi çox önəmldir.

Mebel almaq sadəcə xərcli deyil, həm də mürəkkəb işdir, xüsusilə də uşaq mebelinin seçimində. Bu zaman keyfiyyət, praktiklik və çoxfunkusiyalılıq kimi xüsusi yanaşma tələb olunur. 

Bakucity.az mağazalarda təklif olunan uşaq mebellərini seçərkən nələrə üstünlük verilməsini araşdırıb. 

Hansı rənglərə üstünlük verək?

Əvvəlcə uşaq otağının tərtibatında materialların seçimi və interyerin bəzi tendensiyalarını araşdırmağı qərara aldıq. Bu işdə bizə “MelikovDesign” şirkətinin  dizayneri Kamran Məlikov kömək etdi. Onun sözlərinə görə, uşaq otağı üçün ekoloji təmiz materillardan olan mebel seçmək lazımdır:

Bakıda uşaq mebeli alarkən bu təhlükəyə diqqət edin - Araşdırma, fotoşəkil-1

“Yaxşlı olar ki, uşaq mebelinin hazırlandığı materialda allergiya verə biləcək heç bir kimyəvi element olmasın. Hamımız bilirik ki, uşaqlarda dişləmək, dadına baxmaq vərdişi var. Bu baxımdan materialı seçərkən xüsusi diqqət etmək lazımdır. Bunun üçün ən uyğun xammal təbii ağacdır. Əlbəttə, heç də hamının buna imkanı çatmır. Bu halda alternativ olaraq MDF, DSP plitələr və başqa seçimlər olar. Əsas odur ki, keyfiyətli rəng, yapışqan və s. istifadə olunsun”.

Dizayner  həmçinin uşaq otağının tərtibatında daha sakit və az ziddiyətli tonlara üstünlük verməyi tövsiyə edir. K. Məlikovun sözlərinə görə, valideyinlər bu gün daha çox parlaq rənglərə, çox vaxt qırmızıya üstünlük verirlər. Mütəxəssis isə sakit rənglər, xüsusilə açıq yaşılı rəngi seçməyi məsləhət görür:

Bakıda uşaq mebeli alarkən bu təhlükəyə diqqət edin - Araşdırma, fotoşəkil-2

“Yaşıl rəng uşaq otağı üçün əladır, çünki sakitləşdirici təsiri var”. 

Stil haqqında danışarkən mütəxəssis neoklassikanın dəbdə olduğunu vurğulayır:

“Neoklassika avanqarda yaxın, art dekordur. Amma klassika elementləri də var. Uşaq otağı üçün çoxfunksiyalı mebel yaxşıdır, az yer tutur və uzun müddət istifadə edilir. Uşaq otağının sahəsi adətən 15-20 kvadrat metrdir, buna görə transformer mebelə təlabat daha çoxdur. Məsələn, günorta yığılıb iş stoluna çevrilən çarpayı və s.”.

Uşaq mebeli seçirik

Növbəti işimiz paytaxt mağazalarında keyfiyyətli mebel axtarmaq oldu. “Ehome” mağazasının meneceri Fuad Hacıyev onlarının mebelinin hansı materallardan hazırlanndığı haqqında danışdı: 

Bakıda uşaq mebeli alarkən bu təhlükəyə diqqət edin - Araşdırma, fotoşəkil-3

“Bizim məhsullar adətən MDF və DSP-dən hazırlanır. Hazırda mebel hazırlayanda ən çox bu materiallardan istifadə olunur. Qeyd etmək lazımdır ki, MDF tərkibində uşaqlar üçün təhlükəli formaldeqid olan DSP-dən yaxşıdır. Bizim bəzi mebellerimiz bu materalladan hazırlanır, amma əsasən uşağın birbaşa təması olmayan  rəf və gözlərdə istifadə olunur”.

“Saloğlu” uşaq mebel mağazasının meneceri Şəlalə Cavadova onların dükanlarında Türkiyədən gətirilən malların satıldığını bildirdi:

“Bizim mebel türkiyədə istehsal olunur. Əsasən laminatdan, MDF-dən hazırlanır. Zəmanət müddəti 2 ildir və avaqard stildə hazırlanır. Alıclıar çoxdur, xaricilərdə var”.

“Gautier” yeniyetmələr üçün mebel mağazasının satış meneceri Aynur Məmmədova da onların mebelinin MDF və laminatdan hazırlandığını bidirir. 

“Məhsulumuzda formaldeqidin mövcudluğu uşağların sağlamlığına ziyan vurmamaq üçün 0,2 %-dir. Mebellərin zəmanəti 2, döşəklərin isə 7 ildir”.

A. Məmmədovanın sözlərinə görə indi modernə təlabat çoxdur. Buna görə də mebel yalnız bu stildə yığılır:

“Bu, kifayət qədər praktikidir və fomfort dizayndadır. Bizdə həmdə genişlənə bilən transformer -çarpayılar var. Bu isə o deməkdir ki, uşaq böyüdükcə təzə mebel almağa ehtiyac qalmır. Sadəcə yatağı dəyişmək lazımdır”.

Menecer həmçinin qeyd edir ki, onlarda daha çox natural tonlar: ağ, fil sümüyü, solğun tonlar kimi rəngli mebeller satılır. Əlbətdə, bizdə yalınız qızalar və ya oğlanlar üçün nəzərdə turulan xüsusi dəstlər də əldə etmək olar, amma modellərin çoxu ümümi istifadə üçündür”.

Beləliklə, biz mebel dizynı və rəngləri ilə bağlı araşdırma aparmağa, paytaxt mağazalarında nə təqdim olduğu haqda məlumat toplamağa nail olduq. İndi siz uşaqlar üçün hansı materialın təhlükəsiz olduğunu bilirsiniz və düzgün seçim edə bilərsiniz. 

Təqribi qiymət cədvəli:

MağazalarQiymətlər - Bütün otaq
EHOME199-1569  AZN 
SALOĞLU1500-6000  AZN
GAUTİER4250-16590  AZN
AZMEBEL450-4900  AZN
SHOP.AZ230-1800   AZN
DOĞTAŞ300-1000 AZN

Züleyxa İsmayılova

Bakucity.az 

Uşaq mebeli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər