Bakıda saxta qızıl külçə satan kimlərdir?

Qızıl külçələri saxtalaşdıran cinayətkar dəstə peyda olub

Bakucity.az xəbər verir ki, bununla bağlı ikinci fakt paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 36 yaşlı Musayev Mirismayıl Mirmusa polisə şikayət edərək bildirib ki,  aprelin 13-də 60 yaşlı T.İ. onu aldadıb. Sonuncu ona 23 min 600 dollar müqabilində 17 saxta qızıl külçə verib. M.Musayev külçələrin saxta olduğunu sonradan müəyyən edib. Saxta külçələr xarici görünüşünə görə əls külçələrə bənzəyib, üzərində əyar göstəricisi (999,9) və digər keyfiyyət nişanları olub.

Bundan əvvəl özünü T.İ. kimi təqdim edən həmin şəxsin Moskva prospektində yerləşən lombarda 19 qızıl külçə girov qoyduğunu və bunun müqabilində 41,363 manat borc götürdüyünü xəbər verilmişdi

29-cu Polis Bölməsinə hadisə ilə əlaqədar lombardın hüquqşünası Vüsal Məmmədov müraciət etmişdi. Onun dediyinə görə, külçələr paslanmayan metaldan hazırlanıb, sonradan qızıl suyuna salınıb.

Əldə olunmuş məlumatlara görə, cinayət-axtarış şöbəsinin əməliyyatçıları artıq T.İ.-ni taparaq onu dindirib. Kişi özü də fırıldağın qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, naməlum şəxslər saxta külçələrə görə ondan iri məbləğdə pul alıb. Ona görə də itirilmiş pullarını qaytarmağın yolunu axtarmağa məcbur olub.

Saxlanılan T.İ.-dən istintaqın gedişi ərzində ölkəni tərk etməməsi barədə iltizam alınıb və sərbəst buraxılıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları onun nələrisə gizlədiyindən şübhələnir. Onun saxta sikkələri Azərbaycana gətirən və ya onları burada hazırlayan dəstə ilə əlaqəli olduğuna dair şübhələr var.

Qeyd edək ki, dörd il əvvəl oxşar hadisələr Çexiyanın Zlin rayonunda baş vermişdi. Orada cinayətkarlar 250 qramlıq İsveçrə qızıl sikkələrini saxtalaşdırıblar. İnandırıcı görünməsi üçün qızıla “Argor-Heraeus” şirkətinin kefiyyət sertifikatını döyüblər.

Sonradan məlum olub ki, həmin külçələr ucuz volframdan hazırlanıb. Ancaq sikkələrin çəkisi və forması standartlara uyğun olub. Hətta yerli lombard ekspertləri də bu fırıldağın qurbanına çevrilib. Faktla üzrə 10-a yaxın insan saxlanılıb.

Bakıdakı saxta külçələrin isə hansı metaldan hazırlandığı hələlik aydın deyil. Məhkəmə ekspertizasının nəticələri hələ açıqlanmayıb.

Faktlarla bağlı araşdırma davam edir. (Oxu.az)

Bakucity.az

Qızıl külçələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
66 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 101-ci ildönümüdür. Bakucity.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də e...
Cəmiyyət
Sabaha olan hava proqnozu Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq. Bakucity.az
Mədəniyyət
Tədbir Bakı Fotoqrafiya Evində keçirilib Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib. Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direkto...
Cəmiyyət
“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir” Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq.  “16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələ...
Hadisələr
Qadın yolda yatıb Paytaxtın Binəqədi rayonunda içkili qadın çətin anlar yaşadıb. Bakucity.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində baş verib. Şahidlər iddia edirlər ki, 50-60 yaşlarında olan qadın yola yaxınlaşanda yıxılıb və orada yatıb. Onun yanında olan kişi qadının rəfiqəsi ilə birlikdə həddən artıq spirtli içki qəbul etdiyini bildirib. O, ətrafdakı insanların köməyi ilə taksi sifariş verib, və çətinliklə olsa da, qadını maşına əyləşdirərək ər...
Cəmiyyət
Qəza nəticəsində “Ford”un daşıdığı yük yola səpələnib Bakıda aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində “Ford” dəmir arakəsməyə dəyərək bir neçə dəfə çevrilib.  Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Ford”un daşıdığı yük isə yola...
Cəmiyyət
Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir. Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər ü...
Hadisələr
Qəza zamanı bir nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub.  Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına...
Cəmiyyət
Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb.  Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib. Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib.  Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçmə...