Bakıda keçmiş polislərə höküm oxundu

Bakıda keçmiş polislərə höküm oxundu, Oral Aliyev

Onlar məhkmə zalında həbs edilib.

Bakuciyt.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən keçmiş polislər - Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub.

Hakim Azər Paşayevin icraatında olan prosesdə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev məhkəmə zalında həbs edilib.

İttihama görə, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib. V.Əliyev isə öz qohumundan onu işə düzəltmək adı ilə 9 min manat pul alaraq Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər. 

Əli Nəcəfov ölkədən qaçdığı üçün "İnterpol" xətti ilə axtarışa verilib və Ukraynada saxlanılıb. (Qafqazinfo.az)

Bakucity.az

Keçmiş polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər