Bakı polisi ərəb turistin pulunu oğurlayan şəxsi yaxalayıb

Bakı polisi ərəb turistin pulunu oğurlayan şəxsi yaxalayıb, Oral Aliyev

Ərəb turisti aldadan Abşeron rayon sakini saxlanılıb.

Bakucity.az xəbər verir ki, aprelin 24-də 1984-cü il təvəllüdlü Əlxasim Racai Məhəmməd 100 ABŞ dollarını manata dəyişmək istəyib. Yaxınlıqda olan bir cavan ona kömək etməyi təklif edib. Ancaq 100 dollarlıq əskinası götürərək, aradan çıxıb. Xarici vətəndaş onu bir qədər gözlədikdən sonra polisə müraciət edib.

Səbail rayon Polis İdarəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxdin 30 yaşlı Nazim Cavadov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Ərəb turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər