Bakıda dünya kubokunun ikinci gününə start verilib

Bakıda dünya kubokunun ikinci gününə start verilib, Oral Aliyev

Yığma komandalar çıxış edəcəklər.

Bakucity.az xəbər verir ki, əvvəlcə fərdi proqramda gürzlər və lent hərəkətlər üzrə təsnifat yarışları başlayıb. Azərbaycan təmsilçilərindən Zöhrə Ağamirova B, Veronika Qudis isə C qrupunda mübarizə aparırlar.

Fərdi gimnastların mübarizəsini qrup hərəkətləri komandası davam etdirəcək. Yığma komandalar üç halqa və iki cüt gürzlə hərəkətlərdə çıxışları yerinə yetirəcəklər.

Ölkəmizi qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Turnirin ikinci günündə çoxnövçülük üzrə qalib və mükafatçılar müəyyənləşəcək. Həmçinin ayrı-ayrı alətlər üzrə - fərdi proqramda gürzlər, lent, qrup hərəkətləri proqramında isə üç halqa və iki cüt gürzlə yarışlarda finalçılar məlum olacaq.

Dünya kubokunun birinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa və topla, komandalar isə beş topla hərəkətlərdə yarışıblar.

Qeyd edək ki, turnirdə 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır. Qalib adı uğrunda ümumilikdə 39 ölkədən 200-dən çox gimnast yarışır. (Azərtac)

Bakucity.az

Milli Gimnastika Arenası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər