Bakıda yeni avtomobil yolu çəkilir

Bakıda yeni avtomobil yolu çəkilir, Oral Aliyev

Hövsandan hava limanı istiqamətidə getmək asanlaşacaq.

Bakucity.az xəbər verir ki, bu qəsəbdən Zığ-Qala yoluna birləşən yeni yol tikilir. Söhbət Hövsan qəsəbəsinin mərkəzi yolu ilə "Zeytun sovxozu" adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni yoldan gedir. Ümumi uzunluğu 6,6 km olan layihənin icrası davam etdirilir. Artıq işlərin böyük hissəsi yekunlaşmaq üzrədir.

Yeni yol bir sıra əhəmiyyətli yollara çıxışı xeyli asanlaşdıracaq.

Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür.

Hazırda Suraxanı rayonu ərazisində 3 qəsəbəni birləşdirən digər əhəmiyyətli yolda da təmir-tikinti işləri davam etdirilir. Yeni Suraxanı, Qaraçuxur və Bakıxanov qəsəbələrini birləşdirən yolda aparılan təmir işləri də artıq yekunlaşmaq üzrədir. (Baku.ws)

Bakucity.az 

Bakıda yeni yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər