"Hər zaman yarışlar yekunlaşanda kədərlənirik”.
Bakucity.az xəbər verir ki, sabahdan etibarən bakıda "Forumla 1"-ə görə bağlanan bütün yollar açıqlacaq. Bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
"Çox hazırlaşdıq. Fəxr edirik ki, hər şey gözəl keçdi. Yarış çox yaxşı keçdi, Valteri Bottas qələbə qazandı. Heç bir problemsiz, normal yarış oldu. Bu günlər ərzində çox gözəl əyləncə proqramları oldu, bu gün də sonuncu əyləncə proqramımız olacaq. Nəticələr göstərir ki, hər il Bakını ən gözəl sürətdə göstərə bilirik, bu il də elə oldu. Şəhərin mərkəzində belə bir yarış keçiririk, Qran-Pri təşkil olunur, əməkdaşlarımız əlindən gələni edir ki, yarışlar daha da maraqlı olsun. Sabahdan etibarən isə bütün yolar açılacaq”.
Bakucity.az