Bakıda ən yaxşı çay verilən məkanlar hansılardır? - Araşdırma

Çay evlərində yemək və disertlər də təqdim olunur

Paytaxt sakinlərinin istirahət üçün tez-tez üz tutduqları məkanlar sırasında çay evlərinin öz yeri var. Əsasən xudmaniliyinə, çay növlərinin müxtəlifliyinə, damino, nərd oyunlarına görə restoran və kafelərdən fərqlənən bu məkanlarda hazırda yemək və müxtəlif növ disertlər də təklif olunur. 

Bakucity.az paytaxtda yerləşən bir sıra məkanlarda hansı xidmətlər mövcuddur və həmin xidmətlər neçəyə başa gəldiyini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik.

“Come In Club”

Saytımıza açıqlama verən məkanın sahibəsi Xalidə Həsənova burada çayın ən elit növlərinin verildiyini bildirib:

“Ən elit çay növlərini təklif edən çay evi statusu ilə fəaliyyət göstəririk, amma məkanımızda bütün növ dissertlərlə yanaşı, Azərbaycan və avropa mətbəxindən yeməklər də verilir. Milli mətbəxtdən 2 nəfərlik dolma, saciçi, düşbərə və s. (salat+içki ilə) sifariş edənlərin ortalama hesabı 30, avropa mətbəxindən (balıq növlərini çıxmaqla) 2 nəfərlik menyu isə 35 AZN edir. Ən baha çay dəsgahımız 25 manatdır”.

O, burada masaların sifarişi, qəlyan xidmətinin olduğunu da vurğulayıb. 

“Kishmish Club”

Ölçüsünə görə balaca, rahat, qeyri-adi interyeri olan bu məkanda da çay və kofe ilə yanaşı müxtəlif içkilər, yeməklər də verilir. Çay evinin adminstratoru Rüstəm bəy belə deyib:

“Masa sifariş verə, ödənişlərinizi kredit kartı ilə edə bilərsiniz. Biznes lanç və 1 paylıq tikə kabab 6, qutablar, xəngəl, düşbərə isə  5 AZN-ə satılır. İki nəfərlik ümumi menyunun qiyməti 10-15 AZN olmaqla, sifarişə görə dəyişir. Məkanımızda verilən sadə çay 5, çay dəsgahı isə ən baha 15 manatdır”. 

Admnistratorun dediyinə görə, çay evi ilin bütün vaxtlarında 20%-dən çox endirimlə işləyir. 

“Dilemma”

Çay evinin  mühasibi İsmayıl İbrahimov qiymətlərin başqa məkanlardan xeyli fərqlənmədiyini deyir: 

“Təbii ki, bura çay evidir və əsas üstünlük çay növlərinin genişliyinə verilir, amma nəzərə alsaq ki, bu gün insanların sosial durumu elə də yaxşı deyil, deməli vəziyyətin bir ucu da bizi tutur. Bu səbəbdən də sadəcə çay və müxtəlif içki növləri ilə xidmət göstərmirik. Əlavə olaraq milli və türk mətbəxindən yeməklər də təklif edirik. Qiymətlər heç kimi aldatmasın, 14 manatlıq, keyfiyyətli ətlə işləyirik. Avropa və milli mətbəxdən ibarət biznes lanç məkanımızda 5 AZN-ə satılır. Milli mətbəxdən 2 nəfərlik şam üçün ortalama hesab 15-20 manat civarındadır”.

Mühasib burada qəlyanın 10-20, çay dəsgahının isə 15 manat olduğunu deyir.

“Paxlava”

Məkanın əməkdaşı Elnur Həsənovun sözlərinə görə bura yerli, həmçinin xaricdən idxal olunan ən yaxşı çay növləri, şirniyyatlar təklif edən premium çay evi və restorandır:

“Bütün növ kababları 10-13, qəlyan 20-25, çay dəsgahını isə 25 AZN-ə təklif edirik. 7 nəfərlik VİP kobinetlərimizdə elə 7 nəfərlik şam yeməyi (içki+salat) ortalama 150-170 manat civarında edir”. 

Məkanın əməkdaşının sözlərinə görə, 25-30 nəfərlik banket üçün zalda masa sifariş etsənizın cəmi 50-60 AZN ödəyəcəksiniz. 

“145 çay evi”

“145 çay evi” həftənin 1-5-ci günləri saat 02:00-dan 17:00-dək Bakının ən yaxşı, ən sərin, ən bol tüstülü qəlyanını qreypfrutda cəmi 14,5 AZN-ə təklif edir. Məkan 7/24 xidmət göstərir. Məkanın əməkdaşı Nigar xanımın dediyinə görə, burada “bavarıya mınt”, “mılk oolong”, “french rose”, “spıce punch”, “gunpowder zhu cha”, “jasmıne tıng yuan”, “manıla mango”, “kıwı colade” və s. seçmə çay növləri 10 manatdan 18 manata qədər servis edilir. Azərbaycan  çayı çaynikdə 8, samavarda 15 AZN-ə verilir. Çay dəsgahı isə 45 manatdır. Bundan başqa, çay evində şirniyyatlar, çərəzlər, kofe, isti çay kokteylləri, soyuq içkilərdən meyvə şirələri, cola, fanta, redbull və s. təklif olunur. Yemək olaraq – şorbalar, əsas yeməklər, kabablar, xəmir xörəkləri, sendviçlər, pastalar, salatlar və s. verilir. Münyular isə 5 manatdan 16 manata qədər edir. 

“Xəmsə”

Məkanın adminstratoru Azad Zülfüqarlı qeyd edib ki, bu çay evinin əsas özəlliyi çayın köz samavarında qaynadılmasıdır:

“Südlü çay, südlü yaşıl çay, yaşıl çay, çin çayı müşdərilərin istəyinə görə təqdim olunur. Əlavə olaraq hind çayı, meyvəli çay, ətirli çay olmaqla ümumilikdə 12 fərqli çayımız və 14 növdə qatqılı çayımız var. Qatqı çayın qiymətinə təsir etmir. Kiçik dəsgahımız 7, böyük dəsgahımız isə 25 manatdır. (2 litrlik samavarda) Lənkaranın 2 yarpaq çayı var, hansı ki, 1 kiloqramını 300 AZN-ə alırıq, çayniki isə 10 AZN-ə satırıq. 20-ə yaxın mürəbbə çeşidimiz var, onlardan 5-i fərqlidir”.

Adminstrator qeyd edib ki, məkanda milli və avropa nyeməkləri və biznüs lanç  da təklif olunur.

Nəticə

Bakucity.az paytaxtda fəaliyyət göstərən bir sıra digər çay evlərinin əməkdaşlarından da açıqlama alıb. Lakin cavablar bənzər və hardasa eyni olduğundan, onların hər birini ayrı-ayrı təqdim etməyə ehtiyyac qalmayıb. Çay evlərində diqətdən kənar qalmayan yemək xidmərlərinə gəlincə, alınan ümumi cavablardan bu nəticəyə gəlmək olar ki, indiki halda çay evləri qazandıqları müştəriləri itirməmək üçün alternativ yollardan istifadə edir. Bu səbəbdən də çay evləri getdikcə kiçik restoranları və yemək yemək üçün üz tutulan kafeləri xatırladır.

Sonda oxucularımıza çay evlərindəki çay dəsgahlarının qiymətlərini təqdim edirik:

Çay evləriXidmətQiymət
Come In ClubÇay dəsgahı25 AZN 
Kishmish ClubÇay dəsgahı15 AZN 
DilemmaÇay dəsgahı15 AZN 
PaxlavaÇay dəsgahı25 AZN 
145 çay eviÇay dəsgahı45 AZN 
XəmsəÇay dəsgahı25 AZN 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakıda çay evləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
840 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Manevr qaydalarını pozur Bakıda avtoxuliqanlıq edən şəxs qanunsuz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. BakuCity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 99-UB-207 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq digər sürücülərə təhlükə yaradıb. Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO Avtoxuliqan bu hərəkəti ilə başqa avtomobillərin normal hərəkət...
Hadisələr
Yaşlı qadın meyiti aşkarlanıb Bakıda meyit tapılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyit tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...