Bakı sakini bağ evində öldürülüb

Bakı sakini bağ evində öldürülüb, Oral Aliyev

Payaxta dəhşətli qətl törədilib.

Bakucity.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, İlyasov Ruslan Ənvəroviç tanışı, 1973-cü il təvəllüdlü Musayev Sergey Anatoliyeviçi amansızlıqla öldürüb. O, uzun müddətdir tanıdığı Sergeyə təsərrüfat aləti olan oraq və balta ilə çoxsaylı zərbələr endirərək öldürüb.

Bildirilir ki, Ruslan İlyasov həmin bağ evində gözətçi-bağban kimi çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)

Bakucity.az

Payaxta qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər