Aprelin 30-da payaxta gözlənilən hava şəraiti açıqlanıb.
Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
Bakucity.az