Bakılı tələbə ABŞ-da hakerlər marafonunda iştirak etdi - FOTO

Səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin köməkliyi ilə təşkil olunub 

Bakucity.azxəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin IV kurs tələbəsi Züleyxa İbad Boston Universitetində keçirilmiş qadınlar üçün “TechTogether Boston” hakatonunda iştirak edib.

“TechTogether Boston” dünyada qadınlar üçün təşkil olunan ən böyük hakatonlardan biridir. Forum iştirakçılarına öz ideyalarını 36 saat ərzində həyata keçirmələri üçün vaxt verilir. 

Layihənin təşkilatçılarının sözlərinə görə, qadınların öz arzularını reallığa çevirmələri üçün onlar lazım olan resurslarla 36 saat ərzində təmin olunurlar:

“Bunun üçün təkcə texnologiyaların həyəcanlandırıcı dünyasını öyrənmək həvəsi bəsdir. Hazırlığı olmayan bir çox insanda texnologiyalar dünyası ilə tanış olmağa həvəs oyandırmaq üçün inklüziv mühit yaratmağa, həmçinin özümüzün layihə və yenilikçi məhsullarımızın hazırlanması üçün biliklərimizdən istifadə etməyə çalışırıq". 

Qeyd edək ki, hakaton işləmçilərin forumudur. Proqram təminatının hazırlanması üzrə müxtəlif sahələrin mütəxəssisləri (proqramçılar, dizaynerlər, menecerlər) forum zamanı hər hansı bir problemin həlli üzərində birlikdə işləyirlər. Hakatonlar əsasən bir gündən bir həftəyədək davam edir. Bəzi hakatonlar maarifləndirmə və ya sosial məqsədlər üçün nəzərdə tutulub, amma əksər hallarda hakatonların vəzifəsi dolğun proqram təminatının hazırlanmasıdır. 

Termin 1999-cu ildə əmələ gəlib, 2000-ci illərin ortalarında isə hakatonlar Silisium vadisində geniş şəkildə yayılıb. ABŞ-da sənayenin praktiki olaraq bütün liderləri miqyaslı hakatonlar keçirirlər. Onları “Facebook”, “Google” və “TechCrunch” təşkil edirlər. 

2010-cu ildə “TechCrunch” hakatonlarından biri çərçivəsində yaradılmış “GroupMe” tətbiqi sonradan “Skype”a 85 milyon dollara satılıb. 

Hakatonlar bir qayda olaraq ümumi tanışlıq təqdimatı ilə başlayır, eləcə də toplanışların konkret məqsədləri səsləndirilir. Sonra iştirakçılar öz ideyalarını irəli sürürlər və komandalar təşkil edilir və onlar ümumi maraqlar, bacarıqlara uyğun formalaşdırılır. Daha sonra komandalar öz layihələri üzərində işləməyə başlayırlar. İş prosesi bir neçə saata və ya günədək uzana bilər.

Layihələr tədqiq olunduqdan sonra komandalar öz nailiyyət və nəticələrini təqdim edirlər. Adətən bütün bunlar yarışlar qismində təqdim olunur. Yarışda isə qalibləri müəyyənləşdirən və hədiyyələr verən münsiflər heyəti olur.

Bakucity.az

tələbə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
9 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
16 yaşı var Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yaşayan 2003-cü il təvəllüdlü V.Kərimov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bir-birilərini təhqir ediblər Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübah...
Cəmiyyət
Jalüz və plyonkadan istifadəyə görə sürücülər cərimələnmir "Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". BakuCity.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a deyib. "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti quru...
Mədəniyyət
Moda həvəskarları bir araya gəldi  Noyabrın 15-də Bakı Biznes Mərkəzində “Baku Fashion Expo 2019”un açılışı olub. BakuCity.az-ın məlumatına görə, tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası (AFDA) tərəfindən “Non Stop Creative Agency”, “Baku Business Center” və “Lenovo”nun dəstəyi ilə baş tutdu və Yoga, YAR, Dastan, Phobia VR və A sinif moda məktəbinin yeni modelləri təqdim olunub. Yeni eksperimental moda layihəsində Fəxriyyə Xələfova, Səbinə Zulalova...
Mədəniyyət
“Ey gözəl Bakı, xoş gəlmişəm” Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Azərbaycandadır. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub.  Stendap ulduzu qaldığı hoteldən “Azneft” meydanının görüntülərini çəkərək "İnstaqram" səhifəsində paylaşıb. O, videoya “Ey gözəl Bakı, xoş gəlmişəm”, - şərhini yazıb. Xatırladaq ki, C.Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. BakuCity.az
Cəmiyyət
Bakıda gün ərzində 2,2 milyon sərnişin daşınır Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın daha 19 küçə və prospektində avtobus zolaqların təşkil edilməsi ilə bağlı layihə hazırlayıb və aidiyyəti qurumlara göndərib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu "AFTO FM" radiosunun efirində Agentliyin Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov bildirib. O qeyd edib ki, məqsəd avtobusların daha rahat hərəkətini təmin et...
Hadisələr
Bakıda ağır yol qəzası olub Bakıda “Mitsubishi” beton plitəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə...
Hadisələr
Sakinlər təxliyə edilib Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alanlar var - FOTO + VİDEO Mən...
Mədəniyyət
Yumorist tanınmış ifaçıları parodiya edib Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər. Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahn...