Bakıda bu yollar gecə saatlarında bağlanacaq

Bakıda bu yollar gecə saatlarında bağlanacaq, Oral Aliyev

Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq.

Bakucity.az xəbər verir ki, Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində 29 aprel gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

İşlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az 

Bakıda yol təmiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər