Bakıda ərazini zibilləyən şadlıq evi cərimələndi - FOTO

Bakıda ərazini zibilləyən şadlıq evi cərimələndi -  FOTO, Oral Aliyev

Nizami rayonda reyd keçirilib.

Bakucity.az xəbər verir ki, Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.

Araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.

Bakucity.az 

Reyd keçirilib
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər