Bu gün Bakının bu ərazilərində işıq olmayacaq - DİQQƏT!

Bu gün Bakının bu ərazilərində işıq olmayacaq - DİQQƏT!, Oral Aliyev

Paytaxta elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bakucity.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd edilib ki, fasilələrə səbəb 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləridir.

Görüləcək işlərlə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bakucity.az 

Elektrik enerjisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər