“Formula 1"-ə görə bağlanan yollar bu gün səhər saatlarından açılıb.
Bakucity.az xəbər verir ki, artıq yollardakı bariyerlər və xüsusi texnika götürülüb. Səhər saatlarından isə bağlı yollarda nəqliyyatın hərəkəti bərpa olunub. Bulvara giriş isə dünəndən etibarən açılıb.
Qeyd edək ki, bu barədə “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai məlumat verib. (Qafqazinfo.az)
Bakucity.az