Məhkmə hökmü dəyişməyib.
Bakucity.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Ona verilən cəzadan narazı qalan isə qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovdur.
Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Z.Mərdanovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Z.Mərdanov ötən il avqustun 10-da arasında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, aralarında əvvəllər sevgi münasibətləri olmuş qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. (Report)
Bakucity.az