Bakıda müəllim və valideynlərin səyyar qəbulu olacaq

Bakıda müəllim və valideynlərin səyyar qəbulu olacaq, Oral Aliyev

BŞTİ rəhbərliyi müraciətləri dinləniləcək.

Bakucity.az xəbər verir ki, mayın 3-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi vətəndaşları paytaxtdakı 149 nömrəli tam orta məktəbdə qəbul edəcək. Səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Səyyar qəbul
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər