Bakıda maraqlı sərgi təşkil edilib - FOTO

Bakıda maraqlı sərgi təşkil edilib  - FOTO, Oral Aliyev

Binəqədi rayonunda “Tullantıdan sənətə” sərgisi təşkil edilib.

Bakucity.az xəbər verir ki, yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə "Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər keçirilib.

Plana uyğun olaraq növbəti tədbir Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə təşkil edilib.

Rayon ərazisində fəaliyyət göstərən İctimai Birliklərin və Məktəbəqədər təhsil müəsissələrinin iştirakı ilə tədbirlər planının 1.6-cı bəndinin "Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar "Tullantıdan sənətə” sərgisi təşkil edilib.

Bakucity.az 

Bakıda sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər