Bakıda keçirilən “Formula 1” nə ilə yadda qaldı? - MÜSAHİBƏ

"Təsnifat mərhələsi çox maraqlı oldu"

Bu il Bakıda keçirilən "Formula 1"  SOCAR Azərbaycanın Qran Prisi həmişə olduğu kimi böyük müvəffəqiyyətlə başa çatıb. 

SOCAR Azərbaycan Qran Prisinin qalibi "Mercedes”in pilotu Valtteri Bottas oldu (1: 44.757). İkinci yerin qalibi “Mercedes” komandasının digər üzvü Lewis Hamilton s, üçüncü yer isə “Ferrari” komandasının pilotu Sebastian Vettel oldu.

Bakucity.az bu ilki yarışların nəticələri ilə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə həmsöhbət olub. O, qeyd edib ki, bu ilki yarışların ən parlaq məqamı “Formula 1”in təsnifat mərhələsi olub:

“Hesab edirəm ki, bu il Azərbaycan Qrand Prisinin təsnifat mərhələsi çox maraqlı oldu. Şübhəsiz ki, bu da yarışların ümumi maraqlı olmasında həlledici rol oynadı”. 

Marketinq şöbəsinin rəhbəri qeyd edib ki, bu mövsümün bir nümunəvi məqamı da 2018-ci ilin göstəricilərinə görə turist axınının qorunması olub:

“Bu il bir dənə də olsun boş tribuna yox idi. Şəhər çox sayda turist tərəfindən ziyarət edildi, bulvar ziyarətçilərlə dolu idi. Buna görə də, əminliklə demək olar ki, bu ilki yarışlar paytaxt sakinləri arasında olduğu kimi, xarici turistlər üçün də maraqlı oldu”.

N. Arpadarainin sözlərinə görə, hansı komandanın daha çox azarkeşi və ya fanatı çox idi demək çətindir, amma bu dəfəki “Formula 1” yarışları üçün Azərbaycanın paytaxtına daha çox ölkələrdən gələnlər var idi:

“Keçən il olduğu kimi, bu il də biletlər dünyanın 74 ölkəsindən azarkeşlərə satıldı. Bu, əsasən Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya və s. ölkələr idi. Azərbaycan Qran Prisi son vaxtlar ABŞ-da maraqla qarşılanır. Bu maraqdan irəli gəlir ki, bu il yarışları izləməyə ABŞ-dan da xeyli sayda azarkeş gəlmişdi.

Əyləncə proqramında yeniliklər

N. Arpadarai bu il nə üçün əvvəlki illərdə olduğu kimi üç yox, iki konsert proqramı olduğuna belə aydınlıq gətirib:

"Formula 1” ilk növbədə bir yarış, idman hadisəsidir. Neçə konsertin olduğu elə də əhəmiyyətli deyil. Bu, yarış proqramının bir hissəsi deyil. Bütün bunlar proqramın əyləncə hissəsindən, dəvət etdiyimiz ulduzların və bir çox digər məsələlərin təşkilindən asılıdır. Bu il iki konsert təşkil etmək qərarına gəldik".

Amma əyləncə proqramında dəyişikliklər də var. Konsertlərlə yanaşı, yarışın hər günü “Baku City Sounds-2019” adlı rəsmi aftapati keçirmək ənənəsi var.

“Elektra Events Hall”da keçirilən üç gecənin hamısında populyar Dj-lər çıxış edib. Bu gecələrə getmək üçün ayrı-ayrı biletlər almaq vacib idi. Qeyd edim ki, həm yerli sakinlər, həm də paytaxtın xarici qonaqları bu yeniliyə müsbət reaksiya göstərdilər", - deyə Nigar Arpadarai vurğulayıb.

Xatırladaq ki, “Baku City Sounds  - 2019” məşhur rus hip-hop ifaçısı Djiqan (GeeGun), türkiyəli DJ Mahmut Orxan, Almaniyalı DJ Robin Şults, Lost Frequencies kimi tanınan DJ Felix De Laeta tərəfindən reallaşıb.

N.Arpadarai xatırladıb ki, bu təcrübə ötən ildən bəri mövcuddur. Bu cür gecələr 2018-ci ildə “Baku Cryistal Hall”da konsertlərdən sonra keçirilib:

“Belə gecələrin böyük maraq doğurduğunu nəzərə alaraq, ayrıca tədbirin həyata keçirilməsinə imkan verən layihə - “Baku City Sounds”u yaratmağı qərara aldıq”.

Bakıda “Formula 1” tarixləri dəyişə bilər

N. Arpadarai hazırda “Formula 1”in kommersiya hüquqları sahibi “Liberty Media” ilə Bakı mərhələsinin iyun ayının sonuna təxirə salınması haqqında danışıqların aparıldığını bildirib:

"Biz uzun illərdir ki, yarışları iyun ayına qaytarmaq istəyirik. Hal-hazırda müzakirələr aparılır və çox güman ki, müsbət nəticələr əldə edəcəyik.

Yaz ayları yarışlara hazırlaşmaq üçün daha əlverişlidir. Bundan əlavə, isti mövsümdə lazımi avadanlıq və stendləri quraşdırmaq çox asandır. Məktəblilər və daha çox adam tətilə çıxır deyə şəhərdə hərəkət daha rahat olur".

Beləliklə, "Formula 1" Azərbaycan Qran Prisi populyarlaşdığını və dünya miqyasında geniş auditoriyanı maraqlandırdığını aydın şəkildə göstərir. 

Züleyxa İsmayılova

Bakucity.az

Formual 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
53 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
FHN yanğınla bağlı açıqlama yayıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanıb Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.  Qısa zamanda yanğın söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtda iki ərəbin yataqda şam yandırması yanğına səbəb olub Bakucity.az xəbər verir ki, 22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.  Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdi...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çi...
Hadisələr
Bakıda dəhşətli anlar kameraya düşüb Bakucity.az xəbər verir ki, eraport yolunda kommunal işçiləri yüksəksürətli yolu keçmək istəyiblər. Onlar yolu qaçaraq keçən zaman son anda avtomobilin təkəri altından qalmaqdan xilas olublar.  Görüntüləri təqdim edirik: (avtosfer.az) Bakucity.az
Hadisələr
O, bu il ikinci sinfə gedəcəkdi Bakucity.az xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib. Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedir...
Hadisələr
Paytaxtda xanım sürücünün pozduğu qayda kameralara düşüb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat yolunda (Balaxanı işıqforunun yanı) 99 NG 853 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Qoşa xəttin tələbini pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bununla da inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Sürücünü 100 manat və 4 cərimə balı gözləyir. (Avtosfer.az)  ...
Hadisələr
Bakı-Sabunçu qatarı Bakıxanova qədər gedəcək. Bakucity.az xəbər verir ki, 26 avqust tarixindən 15 sentyabra qədər Sabunçu dəmir yolu stansiyası ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək. Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik q...
Hadisələr
Paytaxtda baş verən dəhşətli qəza kameraya düşüb Bakucity.az xəbər verir ki, "10-DA-002" dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girib. Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar uçub.  Sözügedən görüntüləri təqdim edirik: (Avtesfer.az) Bakucity.az
Ekologiya
Meteohəssas insanlar ehtiyyatlı olmalıdır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 22-24°, gündüz 36-38° isti, Abşeron yarmadasında gecə 20-24°, gündüz 35-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil...