Bakıda təbii qaz limiti sıfırlandı, yeni limit necə hesablanır? - İZAHI

Bakıda təbii qaz limiti sıfırlandı, yeni limit necə hesablanır? - İZAHI, Oral Aliyev

Bu gündən Bakıda da təbii qaza qoyulan limit artırılıb.

Bakucity.az xəbər verir ki, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubm​etr qazdan 2200 kubmetrə çatdırılıb.

Mayın 1-dən paytaxt sakinləri bu il üçün istifadə olunan bütün limitlər sıfırlanıb. İstehlakçılara növbəti ilin may ayına qədər 2200 kubmetr qaz limiti veriləcək. 2200 kubmetr qaz limiti isə 220 azn dəyərindədir.

Qeyd edək ki, bu qərar ötən gün Tarif Şurasının iclasında qəbul edilib.

Bakucity.az 

Təbii qaz limiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər