Bakıda işığa tətbiq edilən limit artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda işığa tətbiq edilən limit artırılacaq? - RƏSMİ AÇIQLAMA, Oral Aliyev

"Azərişıq” sadəcə, icraçı strukturdur"

Bakıda və ümumən ölkə ərazisində elektrik enerjisinə tətbiq olunan limit artırıla bilərmi?

Bakucity.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, “Azərişıq” sadəcə, icraçı strukturdur:

“ASC tərəfindən elektrik enerjisinin limitinin artırılması barədə heç bir təklif verilməyib. Bizim qurum icraçıdır. Tarif Şurası nə qərar verəcəksə, onu icra edəcəyik”.

Qeyd edək ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının 2016-cı ilin 28 noyabr tarixində qərarı ilə hər iki kommunal xidmətin tarifində artımlar olub və differensial qiymət tətbiqi başlayıb. Yəni müəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər. (Oxu.az)

Bakucity.az 

İşığa tətbiq edilən limit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər