Bakıda ən sərfəli biznes-lanç hansı restoranlarda verilir? – ARAŞDIRMA

Nahar fasiləsi: biznes-lança hara getməli?

İşdə yemək üçün nahar hazırlmaq, onu bütün şəhər boyu daşımaq və sonra da bir xeyli qab-qacaq yumağı heç kəs xoşlamır. Tez və dadlı yemək yeyəcəyiniz bir restorana yollanmaq daha rahatdır. Buna görə də, Bakucity.az paytaxt sakinləri və qonaqların biznes-lança tələbatını, onun paytaxta harada verildiyi və nə qədər çəkdiyi haqda araşdırma aparıb. 

Tələb təklif doğurur

Bakıda biznes-lanç üçün əlverişli məkanlardan olan “Şah” restoranın əməkdaşı menyu və qiymətlər haqqında ətraflı məlumat verib:

“Bizdə biznes-lanç günorta saat 1-də başlayır və 17.00-da başa çatır. Menyumuz həftəlik tərtib olunur: birinci yeməklər, isti yeməklər, salatlar və içkilərdir. Əgər sifarişdə desert də varsa, lanç 8 manata başa gələcək, əgər dörd nəfər birlikdə nahar edərsə desert ödənişsizdir. Tam biznes-lanç: birinci, ikinci yeməklər 6 manatadır. Müştəri yeməklərdən birini istəməsə qiymət 5 manat olacaq”.

Restoranın əməkdaşı qeyd etdi ki, onlarda yaxın ünvanlara çatdırlma da həyata keçirilir. Bu restoranın özəlliyi həm də Azərbaycan mətbəxinin orta əsrlər reseptlərinə uyğun hazırlanmasıdır.

Avropa və Ukrayna mətbəxinin təqdim olunduğu “Soloha” restoranının meneceri Zəminə Əliyeva qeyd edib ki, onlarda biznes-lanç bazar ertəsindən şənbə gününə qədər verilir:

“Bizim biznes-lanç sup, salat, isti yemək, kampot, çörək məmulatları və çaydan ibarətdir və bunların hamısı 6 manata başa gəlir. Əlbəttə ki, həftə ərzində menyu dəyişir. Lanç 12.30-da başlayıb 15.00-da bitir”.

Bu restoran çatdırılma xidməti göstərir. Menecer həmçinin qeyd etdi ki, onların kifayət qədər müştəriləri var ki, aralarında paytaxtı ziyarətə gələn xarici qonaqlar da az deyil.

“ButaArtClub” restoranı ənənəvi Azərbaycan mətbəxi ilə xidmət göstərir. Eyni zamanda burada müxtəlif Avropa yeməkləri də sifariş edə bilərsiniz. Saytımıza verdiyi açıqlamada menecer Cəlil Qurbanzadə qeyd edib ki, restoranlarında yemək vaxtı olduqca uzundur:

“Çalışırıq biznes-lanç üçün hər gün yeni menyularla xidmət edək. Çünki daimi müştərilərimizi təəccübləndirmək bizim üçün vacibdir. Saat 12:00-dan 16:00 -a qədər xidmət göstəririrk. Lançın qiyməti 5 manatdır. Restoranımız həmçinin şəhərin mərkəzi ərazilərinə çatdırılma xidməti göstərir”.

“Pencere” restoranı milli və Avropa mətbəxinin yeməklərini təqdim edir. Menecer Elşən Şabanov qeyd edib ki, onlarda daimi menyu var:

“Bizim restoranda biznes-lanç 12,60 manatdır. Bizdə toyuq və mərcimək şorbaları, müxtəlif salatlar - manqal, çoban və s. servis edilir. İsti yeməklərdən katletlər, qulyaş, langet ət və ya toyuq ilə təklif olunur. Qarnir olaraq kartof püresi, düyü və ya spagetti veririk. İçkilərdən su, kola və çay var. Bu, daimi menyumuzdur. Məkanımızda biznes-lanç birinci gündən beşinci günə qədər (Saat:12:00-15:00) qədər davam edir.  Həftə sonlarında isə biznes-lanç verilmir. 

Menecerin dediyinə görə, nahar vaxtlarında ən azı 10-15 daimi xarici müştəriləri olur. 

Rahat mühitdə nahar

“CasualBrasserieCafe&Bar” restoranı 12.00-dan 17.00-a dək uzun müddətə lanç təklif edir.  Restoranın əsas özəlllikləri şəhərin mərkəzində yerləşməsi və qeyri-adi dekora malik olmasıdır. 

Sərfəli qiymətə biznes-lanç təklif edənlərdən biri də “Romantique” restoranıdır. Burada cəmi 4 manata nahar sifariş vermək olar, amma lança ayrılan vaxt çox deyil – 13.00-dan 14.00-a dək. Bura qədim Misir stilində hazırlanmış interyeri ilə məşhurdur.

“CoffeStationBaku” restoranı özünün biznes-lançda verilən krem-sumları ilə məşhurdur. Bundan başqa, burda isti yeməklərin, salat və içkilərin geniş seçimi mümkündür. Cəmi 7 manata başa gələn nahar 12.00-dan 17.00-a qədər davam edir.

Dünyada biznes-lançın rahat ictimai iaşə xidməti olduğu fikri çoxdan qəbul olunub. Bu və ya digər dərəcədə hər insan, hətta ancaq evdə yemək yeməyə üstünlük verənlər də, bəzən nahar vaxtı belə müəssilərə üz tutmağa məcbur olurlar. Amma, son vaxtlarda cəlbedici qiymətə biznes-lanç təklif edən  restoran və kafelərin sayı azalıb.

Qiymət cədvəli

RestoranBiznes-lanç vaxtıQiymət
Şah13:00-17:005-8 AZN
Soloha12:30-12:006 AZN
Buta Art Club12:00-16:005 AZN
Pencere12:00-15:0012.60 AZN
Casual Brasserie Café&Bar12:00-17:0012.50 AZN
Romantique13:00-14:004 AZN
Coffe Station Baku12:00-17:007 AZN
Madison12:00-14:3018  AZN

Züleyxa İsmayılova

Bakucity.az 

Biznes-lanç
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...