Bakıdakı avtoyuma məntəqələri xəstəlik saçır - VİDEO

Bakıdakı avtoyuma məntəqələri xəstəlik saçır - VİDEO, Oral Aliyev

Bakıda avtoyuma məntəqələrinin də sayı artaqdadır.

Bakucity.az xəbər verir ki, bu məntəqələrdə avtomobillər yuyulan zaman ətraf ərazilərə kimyəvi sular axıdılır.

Paytaxtın bir neçə ərazisində yerləşən avtoyuma məntəqələrində bu məsələni araşdıran zaman məlum olub ki, kimyəvi maddələrlə yuyulan avtomobillərin çirkli sularının yola axıdılması nəticəsində ərazilərdə gölməçələr yaranır, ətrafa pis qoxu yayılır və burada antisanitar vəziyyət hökm sürür. Bu, yoldan keçən avtomobilləri də çirkləndirir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycandakı avtoyuma məntəqələrinin əksəriyyəti dünyada bu sahə üzrə mövcud olan qaydalar və standartlara uyğun deyil. Bu da çirkab suların ekologiyaya və insanlara ziyan vurmasına səbəb olur.

O əlavə edib ki, avtoyuma məntəqələri qapalı şəraitdə olmalıdır.

Mütəxəssisin sözlərinə görə, məntəqələrin çoxunda çalışan əməkdaşların təhlükəsizliyi də qorunmur. Bundan əlavə, Elməddin Muradlı bildirir ki, bəzi məntəqələrdə işçilərin avtomobilləri şəxsi işləri üçün istifadə etmə halları da olur. (oxu.az)

Bakucity.az 

Bakıda avtoyuma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər