Limit artımından sonra təbii qaza nə qədər pul ödəniləcək? - AÇIQLAMA

Təbii qaz tariflərinin illik güzəşt hissəsi artırılıb.

Dövlət başçısının tapşırığına əsasən əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda təbii qaz tariflərinin illik güzəşt hissəsi 1700 kubmetrdən 2200 kubmetrə qədər artırılıb. 

Bakucity.az xəbər verir ki, müvafiq qərar aprelin 30-da Tarif Şurasının iclasında qəbul edilib. Yeni qərarın əhalinin sosial və iqtisadi vəziyyətinə nə dərəcədə təsir edəcəyi ilə və digər məqamlarla bağlı iqtisadçı alim Vüqar Bayramov münasibət bildirib.

Vüqar Bayramovun sözlərinə görə, bu qərarın birmənalı şəkildə iqtisadi əsasları var, amma eyni zamanda qərar sosial əhəmiyyət daşıyır ki, bu da vətəndaşların sosial təminatlarının gücləndirilməsi baxımından vacidbir:

“Bu qərarın qəbul edilmsəsi sosial paketin bir elementi kimi də təqdim oluna bilər. Praktiki olaraq minimum limitin artırılması vətəndaşlara imkan verəcək ki, daha böyük limit çərçivəsində aşağı tariflə təbii qazdan istifdə etsinlər. Əgər istehlakçı bu günə qədər 1700 kubmetrdən artıq təbii qaz istehlak edən zaman 20 qəpik ödəniş edirdisə, yeni qərardan sonra 200 kubmetrə qədər yenə 10 qəpik ödəyəcək. Bu da imkan verəcək ki, vətəndaşlar əlavə olaraq 500 kubmetr mavi qazı aşağa qiymətə istehlak edə bilsin. Bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, son qərardan nsonra praktiki olaraq güzəştli, yəni 10 qəpikdən istifadə edərək təbii qaz istehlak edən vətəndaşlarımız ümumi istehlakçıların 85%-ni təşkil edəcək. Əvvəllər bu 70% idi və əlavə olaraq 15% istehlaşçılar minimum qiymətlə təbii qazdan istifadə etmək imkanı qazanır. Təbii ki, bu da ailə büdcəsi baxımından çox vacibdir”. 

Ekspert Tarif Şurasının 2016-cı ilin noyabrında limitlərin tətbiq edilməsilə bağlı qərarını şərtləndirən faktorlara da toxunub: 

“Etiraf etmək lazımdır ki, son 3 ildə iqtisadi baxımdan faktorlar dəyişib. Azərbaycanın təbii qaz hasilatında artımlar var. 2018-ci ildə Azərbaycan 30 milyard kubmetrdən artıq təbii qaz hasil edib. Nəzərə alsaq ki, 2017-ci ildə bu rəqəm 28.5 milyard kubmetr idi və praktiki olaraq ötən il bizim təbii qaz hasilatımız 7% artıb. Eyni zamanda ötən il Dövlət Neft Şirkətinin təbii qaz hasilatında 6.7% artım qeydə alınıb. Dövlət Neft Şirkətinin hasil etdiyi təbii qazın həcmi 6 milyard kubmerdən 6.5 milyard kubmetrə qədər yüksəlib. Təbii qaz ixracatımızda artım var. Təkcə 2018-ci ildə təbii qaz ixracatında Azərbaycan 1 milyard 499 milyon dollar gəlir əldə edib və bu ilin 1-ci rübün yekunlarına diqqət yetirsək, təbii qaz ixracatından gəlirlərimiz təxminən 2.5 dəfə artıb”. 

V. Bayramov bu qərarın ölkədə aparılan digər sosial islahatların davamı olduğunu deyib:

“2018-ci ilin 1-ci rübünün yekunlarına baxsaq, həyata keçirilən sosial islahatlar 2.5 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edir. Dövlət büdcəsinə bu istiqamətdə əlavə olaraq 2 milyardan artıq vəsait yönəldiləcək. Bu baxımdan sonuncu, bu gün müzakirə etdiyimiz  qərar da məhs sosial islahatların davam edən elementi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, qərar mayın 1-dən, yəni bu gündən etibarən qüvvəyə minir.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Təbii qaz tarifləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
187 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Doğma insanları hansı maraqlı hədiyyələrlə sevindirmək olar? Ən sevimli bayramlardan biri – Yeni il yaxınlaşır. Yeni ildə doğma və yaxın insanlarla birlikdə ənənəvi bayram süfrəsi arxasında şam etmək, onları hədiyyələrlə sevindirmək adətə çevrilib. BakuCity.az Yeni ildə maraqlı və zövqlü hədiyyə almaq üçün oxucularına müxtəlif seçimlər təqdim edir. Açıqcalar və fotokollajlar Bəzən bir hədiyyə almaq kifayət etmir, səmimi təbriklərin yer aldığı gözəl açıqca...
Cəmiyyət
Qatar SV, kupe və plaskart tipli vaqonlarından ibarətdir Dekabrın 10-dan etibarən Rusiyanın Novorossiysk şəhərindən Bakıya yeni sərnişin qatarı hərəkətə başlayacaq. Bu barədə BakuCity.az "APA-Economics"ə istinadən xəbər verir. Sərnişin qatarı sözügedən marşrut üzrə hərəkət edərkən Tunnelnaya, Krımskaya, Krasnodar-1, Kavkazskaya, Armavir, Nevinnomısskaya, Mineralnıye Vodı, Georgiyevsk, Proxladnaya, Mozdok, Qudermes, Qızılyurd, Mahaçqala, Dərbənd, Xaçmaz və...
Hadisələr
Yıxılıb, reanimasiyaya yerləşdirilib Bakıda toyda xoşagəlməz hadisə baş verib. BakuCity.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə dünən “Şans” şadlıq evində baş verib. “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş işçisi olan Osmanov Nizami adlı şəxs pilləkənlərdən enərkən yıxılıb. Videodan da görünür ki, həmin pilləkənlərin kənarında tutmaq üçün məhəccər yoxdur. N.Osmanovun yerləşdirildiyi 1 saylı Kliniki Xəstəxanadan onun hazırda reanimasiyada olduğu...
Ekologiya
Temperatur 11 dərəcə olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-dan verilən məlumata görə, dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi...
Cəmiyyət
Ən aparıcı alış-veriş və istirahət məkanına çevriləcək Bakıda yeni iri ticarət mərkəzi tikiləcək.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat “DLR Group”un saytında dərc olunub.  "Baku City Mall" adlanan ticarət mərkəzində hipermarket, çox sayda kafe və restoran, əyləncə məkanları yer alacaq. Həmçinin oxu: Bakının ən iri ticarət mərkəzinin açılışı gecikir Bildirilir ki, "Ağ Şəhər"də salınacaq "Baku City Mall" Azərbaycanın ən aparıcı...
İdman
Yarışda beş ölkənin idmançıları mübarizə aparıb Dekabrın 8-də Bakıda Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib. BakuCity.az xəbər verir ki, "Avrasiya Kuboku" adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Gürcüstan olmaqla beş ölkənin idmançıları öz güclərini sınayıblar. Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalarla tənzimlənən turnir "ful kontakt" və "klouz kontakt" v...
Cəmiyyət
Növbəli fasilələr olacaq Bəzi qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq. "Azərişıq" ASC-dən BakuCity.az-a verilən məlumata görə, Abşeron rayonu Qobu və Masazır qəsəbələri, "At-yalı" yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu "28 May" qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir. Bununla...
Cəmiyyət
Stansiya infrastrukturunu hər hansısa təhlükə gözləmir “Bakı Metropoliteni” QSC "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə bağlanacağı barədə yayılan məlumata münasibət bildirib. QSC-dən BakuCity.az-a bildirilib ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyə...
Hadisələr
Təhqiqat aparılır Xırdalanda partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından...