Bakı sakinlərini ən çox bu xəstəlik öldürür – AÇIQLAMA

Səhiyyə Nazirliyi bu il ən çox yayılan xəstəlikləri açıqlayıb.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəlikləri hələ də birinci sıradadır. Belə ki, bu il də ölkədə ürək-damar xəstəliklərdən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından fərqlənir. 

Bakıda necə, ürək-damar xəstəlikləridən ölənlərin sayı çoxdurmu? Ümumiyyətlə, paytaxtda bu ilin ilk aylarında daha çox yayılan xəstəliklər hansılardır? Çox yayılan xəstəliklərin qarşısını almaq üçün nazirlik tərəfindən hansı tədbirlər görülür?  

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Bakıda ürək-damar xəstəliklərindən ölənlərin sayı təxminən 60 faizdir:

“Bu göstərici isə təkcə paytaxtın deyil, bütün dünya ölkələrinin payına düşür. Ümumiyyətlə, paytaxtda bu ilin ilk aylarına dair daha çox yayılan xəstəliklərə gəlincə, bu ilin statistikası hələlik yoxdur, amma ümumilikdə 1-ci yerdə tənəffüs orqanı xəstəlikləri, 2-ci yerdə hissiyyat orqanları xəstəlikləri, 3-cü həzm sistemi xəstəlikləri, 4-cü yerdə isə qan dövranı xəstəlikləri dayanır".

Mətbuat xidmətindən qeyd ediblər ki, paytaxtda və ümumilikdə ölkədə çox yayılan xəstəliklərin qarşısını almaq üçün daima müvafiq tədbirlər görülür: 

“Səhiyyə Nazirliyinin müvafiq qurumları çox yayılan xəstəliklər, eləcə də  yayılma riski yüksək olan xəstəliklərə qarşı tədbirlər görür. Nümunə olaraq qeyd edək ki,  bu yaxınlarda qızılca xəstəliyinin yayılması riskinə qarşı ölkəyə peyvəndlər gətirildi və əhali peyvəndlənməyə cəlb olundu”, deyə bildirilib.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Xəstəlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Monitorinqlərin nəticəsinə görə Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. BakuC...
Cəmiyyət
Xəstəxanadan da təsdiqləyiblər Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb. BakuCity.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var. Həmçinin oxu: Tutulan icra başçısı azğınlaşmışdı, qaniçən idi, silah gəzdirirdi - İDDİA Bu barədə mə...
Cəmiyyət
Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirib Bir müddət əvvəl Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılmışdı. BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.az-a bildirilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb: “Aparılmış araşd...
Cəmiyyət
"Vəliyev çoxdanın qaniçəni idi. Bunu da hamı bilirdi. Hamı!" Həbs edildiyi deyilən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev azğınlaşmışdı, silah gəzdirirdi. BakuCity.az xəbər verir ki, bunu jurnalist İlqar Əhməd sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Hamınız şahidsiniz ki, indiyədək yıxılana balta vurmamışam. Xahiş edirəm ki, yazdıqlarım da bu cür qəbul olunmasın. Dünən həbs olunan İsmayıl Vəliyev 2008-ci (bəlkə də 2009) ildə...
Hadisələr
Avtomobil yeni qazılan çuxura aşıb Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Bakı-Sumqayıt yolunda təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxur...
Cəmiyyət
Mineral maddələrin və vitaminlərin miqdarı artıqdır Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib. Sınaq nəticə...
Cəmiyyət
Qaliblər diplomlarla təltif olunublar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub. 2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.  Ya...
Cəmiyyət
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilm...
Cəmiyyət
Alındıqdan sonra mütləq tam qaynadılmalıdır Əsasən səhər saatlarında küçələri, məhəllələri gəzib süd və süd məhsulları satan insanlar, yəqin ki, hər birimizin qarşısına çıxıb. Səyyar satıcılar məhsullarını bazar qiymətindən daha ucuz təklif etdiyindən alıcı qıtlığı da yaşamırlar. Maraqlı olan məsələnin bu tərəfi deyil. Maraqlısı odur ki, bu kimi məhsuların bir sıra - bruselyoz, vərəm, eləcə də bir sıra törədicilərin insan orqanizminə daxil olaraq patoloji...