Ən son nəsil qatarlardan istifadə ediləcək.
Bakucity.az xəbər verir ki, iyun ayında 5 vaqondan ibarət bir qatar sistemi gətirilərək xəttə buraxılacaq. Bu barədə “Bakımetropoliteni”QSC-nin mətbuta xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib:
“İlin sonunadək 30 vaqondan ibarət 5 qatar gətiriləcək. Bu qatarlar ən son nəsil beynəlxalq standartlara cavab verən qatarlardır. Bu qatarlarda kondinsioner, mirkoiqlim qurğuları yerləşdiirlib, komputer sistemi, əlillər üçün xüsusi yeri var və qapıları əvvəlkilərdən daha genişdir”, -deyə, B.Məmmədov bildirib. (Ölke.az)
Bakucity.az