Apelyasiya Məhkəməsi məhkumun tələbini rədd edib.
Bakucity.az xəbər verir ki, yasamal rayonunda keçmiş sevgilisini amansızlıqla öldürən,onun kirayə yaşadığı evin sahibi ilə oğlunu isə bıçaqlayan 1991-ci il təvəllüdlü Sənan Məmmədov ona verilən 19 il həsb cəzasından narazı qalıb. O, Ali Məhkəməyə müraciət edib. İşə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Məmmədov Sənan Qara oğlu Cinayət Məcəlləsinin 120.2.6-cı, yəni başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə maddəsi ilə məhkum edilib.
Bakucity.az