Bakıda əlillər metroya daha asan minəcək - VİDEO

Bakıda əlillər metroya daha asan minəcək - VİDEO, Oral Aliyev

Fiziki məhdudiyyətli şəxslər metrodan rahat istifadə edəcəklər.

Bakucity.az xəbər verir ki, Bakı Metropoliteni əlil arabalarının daşınması üçün xüsusi qurğular gətirib. 

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, ilkin olaraq fiziki məhdudiyyətli şəxslər üçün on nəfərdən ibarət mobil işçi qrupu müəyyən edilib. Bundan əlavə, sonuncu dəfə gətirilən qurğu sərnişinləri qane edərsə, bütün stansiyalar bununla təchiz ediləcək.

Bu mexanizmlərin ilk istifadəçisi Cəmilə Məmmədlinin sözlərinə görə, fiziki məhdudiyyəti olan hər bir şəxs bu qurğulardan istifadə edərək metrostansiyalarda rahat hərəkət edə bilərlər. (Oxu.az)

Bakucity.az 

Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər