Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO

Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, Oral Aliyev

Konsertdə maraqlı rəqs nömrələri təqdim edilib.

Bakucity.az xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının incəsənət fakültəsi tərəfindən konsert proqramı təqdim edilib. Bu təhsil ocağının 90 illik yubileyi çərçivəsində təşkil edilən konsert Beynəlxalq Rəqs Gününə həsr olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında təşkil edilən konsert “Azərbaycan süitası” ilə başlanıb. Rəqsin quruluşçu xoreoqrafı Xalq artisti Yusif Qasımov, solistləri Fatimə Alimova, Surac Qurbanovdur.

Konsertdə Cahangir Cahangirovun “Süzən qızlar” rəqsi Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi Ruslan Hacıyevin quruluşunda təqdim edilib. Rəqsi Nigar Hüseynova, Əməkdar artistlər Nigar Ramazanova və Nigar Şahmuradova ifa ediblər. Onların müəllimi Xalq artisti Təranə Muradovadır.

“Özünü tap” rəqsinin isə həm quruluşçu xoreoqrafı, həm də solisti III kurs tələbəsi Nərminə Vəkilova olub. Onun müəllimi Əməkdar artist Leyla Ağayevadır. Sübhan Abışov, Nurlan Rəsulov və Murad Kərimov “İgidlər” rəqsini təqdim ediblər. Onların rəhbəri Əməkdar müəllim Pellumb Aqalliyaydır.

Konsertdə, həmçinin “Çin rəqsi”, “Tənha insan”, “Ölümlə tanqo”, “Oyanma”, “Qavalla rəqs” və digər nömrələr təqdim edilib. (Azərtac)

Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-1 Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-2 Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-3 Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-4 Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-5 Bakı Xoreoqrafiya Akademiyası konsert proqramı təqdim edib - FOTO, fotoşəkil-6

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər