Bu gün İçərişəhərdə memorandum imzalanacaq

Bu gün İçərişəhərdə memorandum imzalanacaq, Oral Aliyev

Qonaqlar milli musiqimizi dinləyəcək.

Bakucity.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə dünyanın ən qabaqcıl təşkilatları ilə əməkdaşlıq edir. 

Onların arasında 1980-ci ildən fəaliyyətə başlayan və qısa zaman kəsiyində region ölkələrinin rəğbətini qazanan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi də (IRCICA) var. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan Mərkəz hal-hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.

Belə bir mötəbər qurumla əməkdaşlıq “İçərişəhər” DTMQİ üçün Azərbaycanın zəngin keçmişini və maddi mədəniyyətini geniş miqyasda təqdim etmək baxımından olduqca uğurlu addım kimi qiymətləndirilə bilər. Bu məqsədlə hələ ötən il İstanbul şəhərində “İçərişəhər” DTMQİ və IRCICA arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Bu razılaşmanın davamı olaraq əlaqələri daha da gücləndirmək, qarşıda duran vəzifələri aydınlaşdırmaq üçün bu gün İçərişəhərdə yerləşən “Muğam klub”da hər iki qurum arasında mədəni, tarixi sferalarda münasibətləri gücləndirəcək memorandum imzalanması nəzərdə tutulur. 

Rəsmi mərasimdən sonra qonaqlar Azərbaycan milli musiqisinin incilərini dinləyəcək və onların şərəfinə ziyafət veriləcək.

Bakucity.az 

İçərişəhər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər