Bakıdakı final oyunu üçün biletlər satışa çıxarıldı

Bakıdakı final oyunu üçün biletlər satışa çıxarıldı

Final oyununa biletlər məhdud saydadır. 

Bakuctiy.az xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün 5 min bilet satışa çıxarılıb. 

Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. 

Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. 

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.(Oxu.az)

Bakucity.az 

UEFA Avropa Liqası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər