Bakıda qadın jurnalist narkotik satarkən yaxalandı

Bakıda qadın jurnalist narkotik satarkən yaxalandı

O, 62 bükümdə narkotiki satarkən yaxalanıb.

Bakucity.az xəbər verir ki, ötən gün Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (Ona.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər