Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO

Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO

"İnternetin meydana gəlməsi ilə jurnalistika nüfuzunu itirdi"

Bakucity.az xəbər verir ki, mayın 1-də Rusiyanın məşhur televiziya jurnalisti, teleaparıcı, "Rusiya – Mədəniyyət" telekanalının şərhçisi Vladislav Flyarkovskiy Bakı Kitab Mərkəzinin qonağı olub.

Junralistlə görüşdə iştirak etmək üçün onun pərəstişkarları və telejurnalist peşəsi ilə maraqlananlar Mərkəzə gəliblər.

"İlk dəfədir ki, məni Bakıda bu qədər insan qarşılayır”, - deyən V. Flyarkovskiy, qonaqları salamlayıb və "Автобиографика" adlı foto-kitabından doğma şəhərinə həsr olunmuş fraqmenti oxuyub.

Peşəkar jurnalist, müəllif proqramlarının yaradıcısı, ictimai xadim, nüfuzlu televiziya mükafatlarının laureatı Vladislav Flyarkovskiy Başqırdıstanda anadan olmuş, lakin uşaqlıq illərini Bakıda keçirdiyinə görə özünü bakılı adlandırır.

Daha sonra o, ailəsindən, foto sənətinə olan marağından, Bakı və Qüds daxil olmaqla sevimli şəhərlərindən danışıb.

Tamaşaçıların çoxsaylı suallarını cavablandıran Flyarkovskiy, həmçinin, televiziya karyerasının başlanğıc mərhələsindən, vaxtilə məşhur olan "Baxış" proqramında fəaliyyətindən danışıb, müasir televiziyanın problemlərinə toxunub və sosial şəbəkələrə münasibət bildirib.

V. Flyarkovskiy qeyd edib ki, internetin gəlməsi ilə jurnalistika nüfuzunu itirməyə başlayıb:

"Bir milyon yarım bloqer müstəsna məlumatın sahibi ola bilməz. Məlumat birindən digərinə ötürülür, bir sıra dəyişikliklərə məruz qalır və dezinformasiyaya çevrilir".

Tədbirə gələnlər qonağa müxtəlif mövzularda suallar veririb. 

Qeyd edək ki, Vladislav Flyarkovskiy Başqırdıstanda anadan olub, lakin uşaqlıq illərini Bakıda keçirdiyinə görə özünü bakılı adlandırır.

Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-1 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-2 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-3 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-4 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-5 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-6 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-7 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-8 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-9 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-10 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-11 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-12 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-13 Bakıda rusiyalı məşhur jurnalistlə görüş keçirilib - FOTO, fotoşəkil-14

Bakucity.az 

Rusiyalı jurnalist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər