Axşam saatlarında Bakıda bu yollar bağlanacaq

Axşam saatlarında Bakıda bu yollar bağlanacaq, Oral Aliyev

Paytaxta bir sıra yollarda təmir işləri aparılacaq.

Bakucity.az xəbər verir ki, Qala Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Nobel prospektində də üfiqi nişanlanma xətləri yenidən rənglənir.

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az 

Bakıda yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər