Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO

Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, Oral Aliyev

Paytaxta şirkətin qazanxanasından oğurluq edilib.

Bakucity.az xəbər verir ki, bununla bağlı Nəsimi rayonunda yerləşən şirkətin rəhbərliyi polisə müraciət edib. Müraciətdə bildirilib ki, qazanxanadan naməlum şəraitdə dəyəri 135 min manat olan istilik sistemləri və avadanlıqlarının oğurlanıb.

Polisin həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Sözügedən şəxslər Bakı sakin Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədovdur. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qismini satdıqlarını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. (Oxu.az)

Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-1 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-2 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-3 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-4 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-5 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-6 Bakıda 135 min manatlıq avadanlıq oğurlandı - FOTO, fotoşəkil-7

Bakucity.az 

Bakıda oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər