Bakıda avtomobilləri əzən şəxsin kimliyi bilindi - VİDEO

 Bakıda avtomobilləri əzən şəxsin kimliyi bilindi - VİDEO

Həmin binada kirayədə yaşayırmış.

Bakucity.az xəbər verir ki, Binəqədi rayonu, 6-cı mikrorayon yerləşən binalardan birinin həyətində sərxoş halda “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən şəxsin kimliyi müəyyənləşib. Bu, 42 yaşlı Sənan Kərimovdur. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib:  

“Məlum olub ki, həmin avtomobilin sahibi xaricdə yaşayır. Avtomobilin sahibi onu hərdən işə salmaq üçün açarını qonşusuna verib. Həmin qonşu da vaxtaşırı maşını işə salırmış. Dünən isə avtomobili işə salarkən texniki problem yaranıb. Sənan Kərimov da texniki problemin həllində qonşusuna kömək edib. Sonra qonşusu Sənan Kərimova maşını verərək, akkumulyatorun enerji yığması üçün ondan maşınla həyətdə bir-iki dövrə vurmasını xahiş edib. Sənan Kərimov da sərxoş vəziyyətdə binanın həyətindəki vətəndaşlara məxsus 9 avtomobili əzib”.

O. Mansurzadə həmçinin qeyd edib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sənan Kərimov saxlanılıb. O, tibbi müayinədən keçirilib və orta dərəcəli sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır və avtomobillərə dəymiş ziyanın miqdarı hesablanır. Araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. (Ona.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər