Bakı restoranlarında 216 milyon xərclənilib

Bakı restoranlarında 216 milyon xərclənilib, Oral Aliyev

Ötən ilə nisbətən 8,8 faiz artım var.

Bu ilin 4 ayı ərzində paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub.

Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Qeyd edilib ki, dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib.

Bakucity.az

Bakıda restoranlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər