Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu

Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu

CinemaPlus-da öz dilimizdə fransız komediyası göstərilib

Bakucity.az xəbət verir ki, “Gənclik Mall”da yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə dublyaj olunmuş Fransız filmi, “Qanunun zərif əli” komediyası nümayiş olunub. 

Beynəlxalq Kann kinofestivalında "Rejissorların ikihəftəliyi" proqramında "Dram müəllifləri və bəstəkarları cəmiyyətinin mükafatı"na layiq görülən, həmçinin doqquz kateqoriya üzrə "Sezar" mükafatı qazanan filmin rejissoru Pyer Salvadoridir. 

Baş rollarda Adel Enel, Pio Marmay və Odri Totu oynayır.    

Filmi Əlixan Rəcabov, Ofeliya Novruzqızı, Emin Nəsirli, Azadə Abbasova, Allahverdi Yolçiyev, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Aytac Məmmədova və Nərmin Həlibova səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, ingilis dilindən tərcümə Şəhla Əliqızı, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Film haqqında qısa məlumat: İvonn cavan polis müfəttişinə qəfil məlum olur ki, onun vəfat etmiş əri heç də ləyaqətli qanun keşikçisi olmayıb: onun günahı ucbatından Antuan adlı gənc 8 ilini türmədə keçirir. İndi İvonn, Antuanın normal həyata qaytarmaq üçün hər cür köməyə etməyə çalışır.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-1 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-2 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-3 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-4 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-5 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-6 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-7 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-8 Bakıda Azərbaycan dilində fransız komediyası nümayiş olundu, fotoşəkil-9

Bakucity.az

film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər