Bakı məktəblərində vakant iş yerlərinin sayı açıqlandı

Bakı məktəblərində vakant iş yerlərinin sayı açıqlandı, Oral Aliyev

Bütün vəzifələr üzrə təxminən 400 vakansiya var.

Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə müsabiqənin II mərhələsi üçün vakant yerlərin sayı müəyyənləşib.

Mayın 6-11-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

İmtahanda 2647 namizəd iştirak edəcək. (Ona.az)

Bakucity.az 

Bakı məktəbləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər