Tədbirdə millət vəkilləri iştirak edib.
Bakucity.az xəbər verir ki, birinci Azərbaycan autizm festivalı “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Fəvvarələr meydanında baş tutub.
Festivalın keçirilməsində məqsəd autizmli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, həmçinin inklüziv cəmiyyətin formalaşdırılması üçün məlumatlandırma missiyasını həyata keçirməkdir.
Festivalda bir çox mərkəzlər və idman klubları sərgi təşkil edərək öz işlərini nümayiş etdiriblər. (AzərTac)