Məşhur qadının Bakıdakı heykəli götürüləcək?

Məşhur qadının Bakıdakı heykəli götürüləcək?, Oral Aliyev

Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb.

Bakucity.az xəbər verir ki, paytaxtın Atatürk prospektində yerləşən parkda təmirdən sonra Ayna Sultanovanın heykəlinin götürüləcəyi deyilir.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə deyilənlər doğru deyil:

"Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Sözügedən park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

Qeyd edək ki, Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb. (Modern.az)

Bakucity.az 

Heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər