Bakı sakini şirkət seyfindən qızıl və pul oğurladı

Bakı sakini şirkət seyfindən qızıl və pul oğurladı, Oral Aliyev

Paytaxtda ofisdən pul və qızıl oğurlanıb.

Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da rayon ərazisindəki ofislərin birindəki seyfdən 5900 manat, 2450 ABŞ dolları və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az 

Bakıda oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər