Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, hadisə aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində avtomobil yolu keçən 35-40 yaşlı kişi vurulub. Aldığı xəsarətlər nəticəsində ölən piyadanın Bakı şəhər sakini İlqar Məmmədov olması müəyyən edilib.
"Opel" markalı avtomobillə yol qəzasını törədərək hadisə yerindən qaçan paytaxt sakini İlham Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az