Bakıda yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU

Bakıda yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU, Oral Aliyev

Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Bakucity.az xəbər verir ki, mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Bakucity.az 

Bakıda hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər