Bakıda həbs edilən "Baron Dədəş", "Bibi", "Advokat", “Professor” - FOTO

Paytaxtda həsb edilən müxtəlif ləqəbli cinayətkarları tanıyaq.

Bakı polisi zaman-zaman paytaxta müxtəlif mütəşəkkil cinayətkar dəstə üzvülərini, narkotik alqı-satqısı və başqa cinayətlərdə iştirak edən şəxsləri saxlayır. Bəzən bu şəxslərin törətdikləri cinayətlə yanaşı, özlərinə seçdikləri ləqəb də geniş müzakirələrə səbəb olur. 

Bakucity.az son illər polisin həbs etdiyi maraqlı ləqəbi olan cinayətkarlar haqda məlumatı təqdim edir.

"Baron Dədəş" 

Ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin (lyrica), metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

“Advokat”

Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci ildə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətkar aləmdə “Adoş” və “Advokat” ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhərində qeydiyyatda olan, Bakı şəhərində kirayədə yaşayan 40 yaşlı İlham Məmişov paytaxtın Xətai rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 5,393 qram narkotik vasitə olan heroin və kustar üsulla hazırlanmış tapança aşkar olunaraq götürülüb.

"Bibi"

Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşlarının 2018-ci ildə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan "midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayon "Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan "bibi” ləqəbli şəxsdən aldığını bildirib. 

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

“Professor”

Bakıda 2014-cü ildə“Professor” ləqəbli avtoritet həbs edilib. Əvvəllər 6 dəfə məhkum olunmuş, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizami Həsənovdan 570 qram tiryək götürülüb. 

N. Həsənovun kirayədə yaşadığı Xətai prospektindəki mənzilindən isə daha 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb. Polisdən bildirilib ki, N. Həsənov kriminal aləmlə yaxınlığı olan şəxslərdəndir. O, 25 il həbs həyatı yaşayıb və kriminal aləmdə “Professor” ləqəbi ilə tanınır. 

“Pablo Eskobar”

Bu il Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

Keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika. qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasitələr aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakinin əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaq ona verdiyi əşyaları aşkar edilərək götürülüb.

E.Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxlərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər - paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

"Doktor"

Bu il Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18 000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb. Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan “doktor” ləqəbindən istifadə edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
371 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...
Hadisələr
"Mercedes"lər bir-birinə çırpılıb Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, üç avtomobilin bir-birinə çırpıldığı qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəndə qeydə alınıb. Əliyev Rəşad Musa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşının təkərində nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini saxlayıb. Daha sonra arxadan gələn...
Biznes
Yaşayış bloku da olacaq Bakıda Həştərxan İş Mərkəzi açılacaq. BakuCity.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. Onun sözlərinə görə, açılışın gələn il may-iyun aylarında baş tutacağı gözlənilir. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır. ВakuCity.az